"İlham Əliyevlə razılaşmışıq, ümid edirik ki, bu işi 2-3 il ərzində başa çatdıracağıq" - Paşinyan


"Ermənistan və Azərbaycan Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisini 2-3 il ərzində başa çatdırmağı planlaşdırır".
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana səfəri zamanı deyib:
Onun sözlərinə görə, bunun üçün razılaşmaların icrası üzərində işləmək lazımdır:
 “Artıq Azərbaycan prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Söhbət Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində başa çatdıracağıq”.
Xatırladaq ki, Paşinyan avtomobil hərəkətinin bərpa oluna biləcəyini də açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top