Mingəçevirdə yaşayış binasında yanğın - 81 yaşlı kişi öldü


Mingəçevir şəhəri  Şah İsmayıl Xətai küçəsi 11 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, yanğın nəticəsində 1940-cı il təvəllüdlü Tərxanov Tofiq Şahlar oğlu tüstüdən zəhərlənərək ölüb.
Bundan əlavə, hadisə nəticəsində 2 otaqlı evin bir otağı da yanıb.
Yanğının baş vermə səbəbi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top