Qırğızıstan Daxili Qoşunlarının komandanı tutulub


Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanı İslambek Kenjekulov saxlanılıb.
Yeniavaz.com
“Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məsələnin təfərrüatları hələ açıqlanmır.
Bundan əvvəl Daxili Qoşunların maliyyə xidmətinin rəisinin 34 milyon soma (681616 AZN) yaxın mənimsəmə işi çərçivəsində saxlanılması barədə məlumat yayılıb.
Qeyd edək ki, Kenjekulov 2019-cu ilin martından Daxili Qoşunların komandanıdır.

DİGƏR XƏBƏRLƏR

Top