Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları türk lirəsinin ABŞ dolları qarşısında sürətlə dəyər qazanmasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, Türkiyə prezidenti ötən gün Nazirlər Kabinetinin iclasında bu barədə danışıb.
Ərdoğan məzənnə artımından yaranan narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlara yeni maliyyə alternativi təklif etməyi irəli sürüb. Belə ki, məzənnə gəliri depozit qazancından çox olarsa, fərq birbaşa dövlət tərəfindən vətəndaşlara ödəniləcək. Üstəlik, bu gəlir vergidən də azad ediləcək. Türk lirəsi aktivlərinin yeni valyuta tələbi yaratmayacaq şəkildə dəyərləndirilməsini təmin edəcək alətlər aktivləşdiriləcək. Buna görə də bundan sonra heç bir vətəndaşın sadəcə məzənnə yüksək olacağı üçün əmanətlərini türk lirəsindən xarici valyutaya keçirməsinə ehtiyac qalmayacaq.
İqtisadçı Mahfi Əyilməz bu təklifi belə dəyərləndirib:
“Məzənnə 49 faiz artsa, Mərkəzi Bankın faiz dərəcəsi 14 olaraq qalırsa, aradakı 26 faizi dövlət ödəyəcək. Möhtəşəmdir”.
Ərdoğan bu açıqlamaları lirənin dollar qarşısında sürətlə bahalamasına gətirib çıxarıb. Belə ki hazırda 1 dollar 13, 35 lirəyə bərabərdir.
Xatırladaq ki, dünən 1 ABŞ dolları 18 TL səviyyəsinə qədər qalxmışdı.