Naxçıvan Muxtar Respublikasında xidmət edən əsgər Seymur Hacıyevin dünyasını dəyişməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, jurnalist İlkin Muradov iddia edib ki, əsgərin ailəsinə Sədərək rayonu istiqamətində snayperlə vurulduğu bildirilib. Hadisənin intihar halı olduğunu iddia edənlər də var. Jurnalist həmçinin valideynlərinin əsgərin nəşini gətirmək üçün Naxçıvana yollandığını, əsgərin bu gün günorta Kürdəxanı qəsəbəsində dəfn olunacağını bildirib. S. Hacıyevin ailənin iki övladından biri olduğu qeyd olunub.
Qeyd edək ki, bu barədə heç bir rəsmi açıqlama verilməyib.