Bu hotellər “Paşa Holdinq”ə bağlı olan “PMD GROUP”a qoşuldu - SİYAHI


Azərbaycanda fəaliyyət göstərən daha 8 şirkət fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqları elan edilib.

Yeniavaz.com “Vergilər” qəzetinə istinadən xəbər verir ki, “PMD GROUP” MMC-yə qoşulan şirkətlər aşağıdakılardı:
"LENKERAN HOTEL AND RESORT COMPANY ƏMLAK" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405744011), 
“YENİ ÇİNAR HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405757961), 
“YENİ NAFTALAN HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405758191), 
“AZBİZNESSERVİS ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405774411), 
“BEER ART ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405776941), 
“EXCELSİOR HOTEL ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405780651), 
“YENİ QALAALTI HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405776811),
“YENİ ŞAMAXI HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405773341)

Məlumat üçün onu da bildirək ki, son bir neçə ayda bir-sıra şirkətlər ləğv olunaraq “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.
Ötən ay “Xəzər-Turizm” MMC-nin (VÖEN: 7700063861) və “Hillside Apartments” MMC-nin (VÖEN: 1702255531) fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqları elan edilib.
Oktyabr ayında “Foton Əmlak” MMC (VÖEN:1405696541) fəaliyyətinə xitam verərək “PMD GROUP” MMC-yə qoşulub.
Sentyabr ayında isə  daha 2 şirkət “A-GRADE REAL ESTATES” MMC  (VÖEN:1405640551) və “AMAL ƏMLAK” MMC (VÖEN:1405623841) fəaliyyətlərinə xitam verdiklərini və “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.
Adları qeyd olunan şirkətlər təxminən 2-3 ay əvvəl təsis olunublar və hüquqi ünvanları ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda -  Neftçilər prospekti ev 153-də yerləşir. 
Onu da qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD GROUP” MMC də “Paşa Holdinq” ilə eyni ünvanda yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD GROUP” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top