12 imamla bağlı klip çəkilən məktəbin rəhbəri cəzalandırılıb


“Dini klipin hansı məktəbdə çəkilməsi barədə məlumatımız var. Hadisə bazar günü baş verib, valideynlər də iştirak edib”.
Yeniavaz.com
xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev prezidentin dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.
Nazir bildirib ki, insanlar istənilən mövzuda klip çəkə bilərlər:
“Sadəcə onun məktəbdə çəkilməsi bizim prosedurlara ziddir. Məktəb binası hansısa dini, siyasi mesajların paylaşılması üçün yer olmamalıdır. Hətta maarifləndirmə ilə bağlı da Təhsil Nazirliyindən icazə alınmalıdır. Bu halda belə bir icazə alınmamışdı. Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik. Həmin məktəbin direktoru cəzalandırılıb, barəsində intizam tədbiri görülüb”.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə imamlarla bağlı ilahinin səsləndirildiyi, şagirdlərin də iştirakı ilə çəkilmiş klipin görüntüləri yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top