"Məktəblərdə pul yığımı könüllü şəkildə olmalıdır"


“Məktəblərdə pul yığmaq qeyri-qanunidir. Bu indinin problemi də deyil, mən məktəbdə oxuyanda da var idi. Yəni bu cəmiyyətimizin xroniki problemidir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. O həmçinin bildirib ki, valideynlər ümumiyyətlə məktəbin idarəetməsində yaxından iştirak etmirlər:
“Yəni valideyn deyir ki, mən öz övladımı verirəm dövlətə və hər şeyi dövlət etsin. Bu da bir modeldir. Sosialist rejimində proses təxminən belə idi. Biz buna qayıtmaq istəyirikmi? Söhbət bundan gedir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. Mənə görə nəyisə həm dövlət həm də valideyn etməlidir. Amma təbii ki, icbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Şəffaf sistem fikirləşməliyik ki, valideyn əlində olan artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləsin. Əgər hər hansı pul yığımı olarsa bu, qayda çərçivəsində məcburi yox könüllü şəkildə olmalıdır. Kim istəyir iştirak edə bilər. Amma kim iştirak etmirsə də, bu barədə fikir bildirməməlidir”. 

DİGƏR XƏBƏRLƏR

Top