"Yeni qərar yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir" - Nazir


"Regional təhsil idarələri Azərbaycanda olan iqtisadi rayonlar üzrə, yəni inzibati bölgüyə uyğun olaraq yaradılacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
“Bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir. Sadəcə onlar regional idarələrin tərkib hissəsi kimi fəaliyyət göstərəcək. Burada əsas məqsəd odur ki, bu gün təhsilin idarə olunması müxtəlif qurumlar və təşkilatlar tərəfindən həyata keçirilir. Yəni hər hansısa bölgədə məktəbəqədər və ya təhsil müəssisələri fərqli formatlarda, regionun maliyyələşməsi isə başqa bir qurumda olurdu. Regional dairələrin yaranması bizə bu müəssiələr arasında təhsil fəaliyyətini vahid bir formatda yaratmağa imkan verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top