İrəvandan İstanbula uçuşları bu şirkət həyata keçirəcək


“Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirməyə başlayan ilk erməni aviaşirkəti olacaq.
Yeniavaz.com
 "sputnik armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsindən məlumat verilib.
Bundan əvvəl şirkət İstanbula uçmaq niyyətində olduğunu açıqlayıb. Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İstanbul və İrəvan arasında hava uçuşlarının təşkili imkanları nəzərdən keçirilir.
Qeyd edək ki, hazırda mövzu İrəvanda fəal müzakirə olunur.
Xatırladaq ki, Ermənistan və Türkiyə arasında hazırda diplomatik münasibətlər olmasa da, tərəflər iki ölkə arasında əlaqələrin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin ediblər. Sözügedən şəxslər Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır. Xüsusi nümayəndələrin tezliklə görüş keçirəcəyi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top