Abşeronda avtomobil uşağı vurub öldürdü - ANBAAN VİDEO


Abşeron rayonunun Fatmayi qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 
Yeniavaz.com xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Hadisə zamanı “Mercedes-Benz” markalı avtomobil yola qaçan 9 yaşlı uşağı vurub. 
Qəza zamanı azyaşlı dünyasını dəyişib. 
Hadisə anı təhlükəsizlik kamerasına əks olunub. 
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top