Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən “Ticarətə aid xarici valyutalar” siyahısında yer alıb.
Yeniavaz.com xəbər verir ki, müvafiq cədvəl “Rəsmi Qəzet”də dərc olunub.
Qeyd edilir ki, Türkiyə Mərkəzi Bankının “Ticarətə aid xarici valyutalar” siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi daxil edilib.
Qeyd edək ki, hazırda 1 ABŞ dollarının məzənnəsi 13,58 lirəyə, 1 avronun məzənnəsi isə 15,26 lirə səviyyəsinə düşüb. Son günlər Türkiyədə dolların sürətlə artan məzənnəsi ötən gün 18 lirədən çox olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin dünənki iclasından sonra verdiyi açıqlamalar zamanı türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələrin tətbiq ediləcəyini bildirməsi, lirənin dəyərinin artmasına səbəb olub.