Azərbaycanlı Türkiyədə qətl törətdi - Polis onu axtarır


Türkiyənin İstanbul şəhərində azərbaycanlı Nəbi B. adlı şəxs mübahisə etdiyi Türkiyə vətəndaşını qətlə yetirib.

Yeniavaz.com "sabah"a istinadla xəbər verir ki, hadisə dekabrın 16-da şəhərin Bayrampaşa rayonunda qeydə alınıb.
Cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Belə ki, Nəbi B. onu qısqanclıq zəminində görüşə dəvət edən Yasin Semih Demiroku sinəsindəm güllələyib və qaçaraq hadisə yerindən uzaqlaşıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Azərbaycan vətəndaşı Türkiyədə qadın bərbəri kimi fəaliyyət göstərirmiş. Polis hadisə yerindən qaçan Nəbini axtarır.

DİGƏR XƏBƏRLƏR

Top