Azərbaycanda Əməkdar artist vəfat etdi


Gənc tamaşaçılar teatrının aktyoru, əməkdar artist Elşən Çarhanlı vəfat edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, aktyor bir neçə saat öncə qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Elşən Çarhanlı 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib.

Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb.

1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru idi.

DİGƏR XƏBƏRLƏR

Top