Gürcüstanda omikron ştammı aşkarlandı


Gürcüstanda COVID-19-un yeni “Omicron” ştamına 2 yoluxma halı qeydə alınıb.
Yeniavaz.com
“Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib. Verilən məlumata görə, yeni ştama yoluxanlar bu yaxınlarda ABŞ və Dubaydan ölkəyə qayıdan iki Gürcüstan vətəndaşıdır. Həmin şəxslər karantinə alınıb.
 Qamkrelidze həmçinin qeyd edib ki, şənbə günü Gürcüstan Almaniyadan omikron ştamını təyin edən xüsusi PCR testləri alıb.

 

DİGƏR XƏBƏRLƏR

Top