Boris Consonun bu hərəkəti tənqidlərə səbəb oldu


İngiltərənin baş naziri Boris Consonun COVID-19 üzrə sərt karantin rejimi dövründə sosial məsafə qaydalarına əməl etməməyi xalq tərəfindən tənqid edilib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, iddialara görə epidemiyanın pik həddə olduğu, hətta ölkə daxilində çölə çıxmağın qadağan edildiyi bir vaxtda Conson sosial məsafə qaydalarına əməl etməyərək işgüzar görüş keçirib. Bu isə həm Britaniya vətəndaşlarını, həm də siyasətçilərin narazalığına səbəb olub.
Leyboristlər Partiyasının yüksək səviyyəli üzvü Angela Rayner bildirib ki, Boris Consonun etdiyi hərəkət Britaniya xalqının üzünə vurulmuş şillədir:
“Baş nazir bizə qaydalar verdiyi halda, heç birinə əməl etmir. İnsanların gündə bir dəfə çölə çıxa bildiyi bir vaxtda o, gecə saatlarına kimi içki içib, əylənirdi”.

 
 

DİGƏR XƏBƏRLƏR

Top