Filippində qasırğa nəticəsində ölənlərin sayı 208-ə yüksəldi


 Filippində ötən həftədən etibarən başlayan “Rai” tayfunu nəticəsində ölənlərin sayı artıb.
Yeniavaz.com
“BBC”ə istinadla xəbər verir ki, bu barədə Filippin hökuməti xəbər yayıb. Verilən məlumata görə, qasırğa nəticəsində ölənlərin sayı 208-ə, yaralananların sayı isə 239-a yüksəlib. Bundan əlavə, 52 nəfər də itkin düşüb. 
Tayfunun sürəti saatda 195 kilometrə çatıb. Evlər uçub, 300 mindən çox sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top