Geri qaytarılan 2 azərbaycanlı hərbçi barədə MN-dan açıqlama - FOTO - YENİLƏNİB

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.


***22:10
Ermənistanla sərhəddə dekabrın 18-də saxlanılan iki Azərbaycan hərbçisi geri qaytarılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, aparılan danışıqlar nəticəsində hərbçilərin bu gün qaytarılması mümkün olub. Onlar hazırda Şuşa şəhərindədirlər. Hərbçilərimizin sağlıq durumunda heç bir problem yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top