“Rusiyada siyasi təqib yoxdur” – Peskov


“Rusiya Federasiyasında siyasi əqidəsinə görə təqib olunacaq heç kim yoxdur. Qanunvericilik var və mövcud qanunvericiliyə görə, insanlar müəyyən cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə məsuliyyətə cəlb olunurlar. Amma Rusiyada siyasi təqib yoxdur".
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyada “təqib olunanlar”un sadələşdirilmiş qaydada Ukrayna vətəndaşlığını alması ilə bağlı imzaladığı qanunu şərh edərkən deyib. O, həmçinin bildirib ki, ki prezidentin görüşünə dair heç bir əsaslı hazırlıq yoxdur.
Qeyd edək ki, Zelenski keçən həftə siyasi səbəblərə görə təqib edildiyi iddia edilən ruslara, həmçinin Kiyev tərəfində Donbassda hərbi əməliyyatda iştirak edən əcnəbilərə Ukrayna vətəndaşlığının verilməsi prosedurunu sadələşdirən qanun imzalayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top