Azərbaycanlı qadınları əxlaqsızlığa cəlb edən şəxsə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevinc Durmuşovanın cinayət işi üzrə məhkəmə iclası baş çatıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Durmuşova 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, S.Durmuşova Azərbaycan vətəndaşı olan bir qrup qadını ölkə hüdudlarından kənara aparıb, orada cinsi istismara məruz qoyub.
Daha sonra insan alveri qurbanına məruz qalan qadınlar Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Şikayət əsasında S.Durmuşova saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan olunub.

DİGƏR XƏBƏRLƏR

Top