“Anam yolpulumuz üçün qızıllarını satdı” - VİDEO


“Rusiyada keçirilən yarışa getməyə yolpulumuz yox idi. Müəllimlər tələbələri yığıb yarışa aparırdılar. Həmin vaxt anam öz qızıllarını satdı və atamla birgə məni yarışa yolladı. Biz qatarla getdik və yarışa 3 saat qalmış ora çatdıq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri  Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayev ARB TV-nin “Onun sirri” verilişində deyib. O həmçinin bildirib ki, həmin yarışda qazandığı medal Azərbaycandan kənarda qazandığı ilk medal olub:
“İlk qızıl medalımı anama hədiyyə etdim. Bundan sonra da anama bir çox hədiyyə aldım, amma heç biri anamın 32 qramlıq qızıllarının yerini verə bilməz”.
Qeyd edək ki, Rafael Ağayevin anası bu ilin aprel ayında xərçəng xəstəliyindən dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top