11 il əvvəl həyat yoldaşı qətlə yetirilən hakim ölüb


Azərbaycanda məhkəmə sədri vəfat edib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov ötən gün ölüb. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkib.
Faktı Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən təsdiqləyiblər.
Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında Tapdıq Mahmudovun həyat yoldaşı Natəvan Mahmudova yaşadıqları evdə qətlə yetirilib.

DİGƏR XƏBƏRLƏR

Top