Minimum əməkhaqqına nə almaq olar - 40 il əvvəl və bu gün - QİYMƏTLƏR


Xəbər verdiyimiz kimi, 2022-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda minimum əməkhaqqı 300 manata bərabər olacaq.
Yeniavaz.com
xəbər verir ki, 40 il əvvəl - 1980-ci illərin əvvəllərində Azərbaycan SSR-də minimum əməkhaqqı 70 rubl təşkil edib.
1980-ci ilin əvvəllərindəki və bugünün məzənnəsilə hesablandığı zaman minimum əməkhaqqı 40 il əvvəl 78 dollar, bu gün isə 176 dollara bərəbər olacaq.
40 il əvvəl orta aylıq əməkhaqqının bugünkündən 2 dəfədən çox az olmasına baxmayaraq bəzi ərzaq məhsullarının qiymətinin daha ucuz olması səbəbindən daha çox məhsul almaq mümkün olub.
Məsələn, 40 il əvvə minimum əməkhaqqına 35 kiloqram mal əti almaq olurdusa, bu gün minimum əməkhaqqına 27 kiloqram mal əti almaq olar.
  Azərbaycan SSR
1981-ci il
Azərbaycan Respublikası
2021-cu il
Minimum
əməkhaqqı
70 rubl  (78 $) 300  manat  (316 $)
Mal əti 35 kq       (1 kq - 2 rubl) 27 kq          (1 kq - 11 manat)
Süd 233 litr       (1 litr - 0,3 rubl) 125 litr       (1 litr - 2,4 manat)
Şəkər tozu 78 kq        (1 kq - 0,9 rubl) 187 kq        (1 kq - 1,6 manat)
Un 155 kq        (1 kq - 0,45 rubl) 222 kq        (1 kq - 1,35 manat)
Çörək (baton) 350 kq         (500 qr - 0,2 rubl) 428 kq         (500 qr - 0,7 manat)
Pendir 23 kq            (1 kq - 3 rubl) 37 kq          (1 kq - 8 manat)
Yumurta 778 ədəd   (10 ədəd - 0,9 rubl) 1 500 ədəd   (10 ədəd - 2 manat)
Kərə yağı 20 kq            (1 kq - 3,5 rubl) 17 kq            (1 kq - 17 manat)
Tort  ("Nağıl") 26 kq            (1 kq - 2,7 rubl) 20 kq            (1 kq - 15 manat)
Dondurma ("Plombir")  350 ədəd        (100 qr - 0,2 rubl) 300 ədəd      (100 qr - 1 manat)
Kartof 700 kq        (1 kq - 0,1 rubl) 333 kq           (1 kq - 0,9 manat)
Avtobus  1 400 gediş  (1 gediş - 0,05 rubl) 1 000 gediş   (1 gediş - 0,3 manat)
Elektrik  1 750 kVt     (1 kVt - 0,04 rubl) 3 333 kVt     (1 kVt - 0,09 manat)

DİGƏR XƏBƏRLƏR

Top