Rusiya aviaşirkətləri Füzuliyə uçuşlara başlayır


Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar həyata keçirmək üçün üç havayolu şirkətinə müvafiq icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bunlar İrAero”, “AzurAir” və “Nord Wind” şirkətləridir.
“İrAero” şirkəti həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəlxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirəcək. Həmçinin “AzurAir” şirkəti Rusiyanın Samara, Rostov, Krasnodar, Kazan şəhərlərindən həftədə iki dəfə, “Nord Wind” şirkəti də Soçi şəhərindən həftədə 7 dəfə Bakıya uçuş həyata keçirmək hüququ əldə edib.
Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə oktyabrın 26-da baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top