Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirdiyi görüşlərdən sonra Ermənistan və bütövlükdə region üçün dinc inkişaf erası açmaq imkanı yarandığını deyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşündə bu məqamlara toxunub:
“Qeyd etmək istərdim ki, Soçi və Brüssel görüşlərindən sonra mən ölkəmizdə və regionumuzda dinc inkişaf erası açmaq üçün addım-addım irəliləyə biləcəyimiz bir fürsət görürəm. Hər halda, Ermənistan Respublikası hökuməti bu istiqamətdə hərəkət etmək üçün əlindən gələni edəcək”.