Xankəndi şəhərinin deputatı Tural Gəncəliyevin köməkçisi Samir Məmmədov “Eurovision Junior – 2021” müsabiqəsinin qalibi olan erməni yeniyetməni erməni dilində təbrik edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə tvitter hesabında yazıb:
“Musiqi dünyəvidir. Təbrik edirəm, Malena”.
Deputat Tural Gəncəliyev də köməkçisinin tivitini öz hesabında paylaşıb.
Qeyd edək ki, ötən gün finalı baş tutan müsabiqəni Ermənistan birinci yerdə başa vurub. Azərbaycan isə 5-ci yerdə qərarlaşıb.