Bu şəxslərə ödənilən təqaüdün miqdarı 60 faiz artırıldı

Prezident İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Fərmana əsasən, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643; 2021, № 8, maddə 923) 1-ci hissəsində “50” rəqəmləri “80” rəqəmləri ilə əvəz edilir.

Bu Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

Top