Mahir Emreli Bakıya qayıtdı


"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılaraq Bakıya qayıdıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mahir öz instaqram hesabının hekayə bölməsində paylaşım edib. Belə ki, o, bacısı ilə birlikdə fotosunu paylaşaraq "family coming first" (ailə birinci gəlir) sözlərini qeyd edib.  
Xatırladaq ki, bir müddət əvvəl  "Legiya" fanatları Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum etmişdi. Hadisə nəticəsində isə Mahir Emreli başından xəsarət alaraq oyuna və məşqlərə çıxmamışdı. Onun “Legiya”dan ayrılacağı gözlənilir.
Qeyd edək ki, artıq futbol üzrə Polşa liqasında qış fasiləsi başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top