Helikopter qəzasının səbəbləri açıqlanır - YENİLƏNİB + CANLI


Noyabrın 30-da Qaraheybət poliqonunda hərbi helikopterin qəzaya uğraması ilə bağlı ilkin istintaq nəticələri açıqlanır.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Baş Prokurorluqda brifinq keçirilir.



***09:40
Bu gün Baş Prokurorluqda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə edilən ilkin nəticələrə dair brifinq keçiriləcək.
Bu barədə Yeniavaz.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, brifinqdə sualları Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri, Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Tural Aslanov, qurumun Mətbuat Xidmətinin rəhbəri, kiçik ədliyyə müşaviri Günay Səlimzadə cavablandıracaq.

 

DİGƏR XƏBƏRLƏR

Top