Füzulidə Zəfər və İşğal muzeylərinin layihəsini İtaliya şirkəti hazırlayacaq


İtaliyanın “C Group” şirkətinin əməkdaşları Füzulidə yerləşəcək olan Zəfər muzeyi, İşğal muzeyi, Memorial park və Bayraq meydanının layihələndirilməsi məqsədilə müvafiq obyektlərin yerləşəcəyi yerlərə baxış keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında yazıb.

DİGƏR XƏBƏRLƏR

Top