"Həmin avtobusda 21 azərbaycanlı olub" - Ağır qəza ilə bağlı AÇIQLAMA


“Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusu qarlı hava şəraiti ilə əlaqədar Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğrayıb. Həmin avtobusda 21 Azərbaycan vətəndaşı olub”.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.
N.Quliyev deyib ki, qəzada Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakini 2002-ci il təvəllüdlü Qəmər Niyazova və 1961-ci il təvəllüdlü Fazilə İsmayılova vəfat edib: “Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra, cənazələr Naxçıvana göndəriləcək”.
Baş konsul deyib ki, avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır: “Digər 13-ü tibbi yardım alaraq, evlərinə buraxılıb”.

DİGƏR XƏBƏRLƏR

Top