Türkiyənin “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan orbitə göndərilib.
Yeniavaz.com “Haber Global”a istinadən xəbər verir ki, 42 dərəcə şərq orbitində xidmət göstərəcək peyk Türkiyənin peyk məlumat ötürmə qabiliyyətini 15 dəfədən çox artıracaq.
Qeyd edək ki, "SpaceX" şirkətinə məxsus "Falcon 9" raketi ilə orbitə çıxarılan peyk, sayca “TürkSAT A.Ş.”ə məxsus 5-ci belə peykdir.