Araşdırmaçılar bu əlamətin də “omicron” ştammına aid olduğunu iddia edir


“İştahsızlıq koronavirusun omikron ştammı ilə yoluxmanın simptomlarından biri ola bilər”. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Express” qəzeti ZOE tibb şirkətinin mütəxəssisləri və London Kral Kollecinin analitiklərinin araşdırmasına istinadən məlumat verib. Mütəxəssislər burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısını “omicron” ştammı infeksiyasının ən çox görülən simptomları ilə əlaqələndiriblər. Tədqiqatçıların vurğuladığı kimi, yeni növə yoluxanların yalnız 50 faizi koronavirusun klassik simptomları hesab edilən qızdırma, öskürək və qoxu itkisindən şikayətlənib. Elm adamları, həmçinin iştahsızlığı da qeyri-adi simptomlar kimi sıralayıblar ki, bu da tez-tez omikrona yoluxmuş insanlarda baş verir.
 

DİGƏR XƏBƏRLƏR

Top