Məşhur futbolçu vergidən yayınmaqda ittiham olunur

İspaniya prokurorluğu “Arsenal”ın hücumçusu Aleksis Sançesə “Barselona”da oynarkən vergidən yayındığına görə ittiham irəli sürüb. “Yeniavaz.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə, prokuror Migel Anhel Peres de Qreqorio bəyan edib ki, çilili forvard İspaniya xəzinəsinə 983,4 min avro ödəməyib. Qeyd edək ki, A.Sançes vergidən yayınmaqda ittiham edilən “Barselona”nın sayca beşinci oyunçusudur. Bunadək Lionel Messi, Xavyer Maskeronao, Samuel Eto və Adrioano eyni aqbitlə üzləşib.

DİGƏR XƏBƏRLƏR

Top