“Taliban” ABŞ-la hərbi əməkdaşlıq edəcək?


Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ABŞ-la hərbi sahədə əməkdaşlıq imkanlarını istisna edir. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu müvəqqəti Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə təyin edilmiş Əbdül Salam Hənəfi deyib.
"Amerikalılar əfqan xalqının üzləşdiyi ciddi iqtisadi çətinlikləri görürlər, lakin onlar hələ də Əfqanıstanın dövlət ehtiyatlarını blokadada saxlamaqda davam edirlər. Biz heç vaxt ABŞ-la hərbi sahədə əməkdaşlığa imkan verməyəcəyik və onların bizə yardımı yalnız humanitar xarakter daşıyır."
 

DİGƏR XƏBƏRLƏR

Top