
Türkiyə Daxili İşlər Nazirliyi “Eren-13” əməliyyatları çərçivəsində Siirtin Eruh rayonunda 4 PKK liderinin zərərsizləşdiyini bildirib.
Yeniavaz.com “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, zərərləşdirilən liderlərdən biri "Herdem Amed" kod adlı Veysel Akkuşdur. V.Akkuş xüsusi təhlükəli cinayətkar kimi "İnterpol" xətti ilə bağlı axtarışda olub.Türkiyənin hüquq-mühafizə orqanlarının məlumatına görə, o, 2004-cü ildən bəri müxtəlif terror aktlarında iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz