Cənubi Afrikada iki yol qəzası nəticəsində 22 nəfər öldü


Bu gün Cənubi Afrikada baş verən iki yol qəzası nəticəsində 22 nəfər dünyasını dəyişib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Cənubi Afrika höküməti xəbər yayıb. Verilən məlumata görə, qəzalardan biri Fri-Steyt əyalətinin Reitz şəhəri yaxınlığında, digər qəza isə Mpumalanqa əyalətində baş verib.
Fri-Steyt əyalətinin Reitz şəhərində qəza iki taksisinin toqquşması nəticəsində baş verib. Nəticədə 13 nəfər ölüb, 4 isə nəfər yaralanıb.
Mpumalanqa əyalətində isə sürücünün yük maşınının idarəetməsini itirməsi və avtomobilin aşması nəticəsində 9 nəfər ölüb, 18 nəfər isə yaralanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top