Masallı sakini açdığı atəşlə özünü yaralayıb


Dünən Masallı rayonunun Qarğalıq kəndində yaşayan B.Ağamalıyev evində ov tüfəngindən açdığı atəşlə özünü yaralayıb.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

B.Ağamalıyev xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top