Əlimixan Seyçi 135 yaşında vəfat edib


Çinin ən yaşlı sakini Əlimixan Seyçi 135 yaşında Kaşqarda vəfat edib.

Yeniavaz.com “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Çin hökuməti xəbər yayıb.

Verilən məlumata görə, Əlimixan 1886-cı il iyunun 25-də Kaşqar rayonunun Yenişar mahalının Kumuşərik kəndində anadan olub. 2013-cü ildə isə o, Çin Gerontoloqlar və Geriatrlar Assosiasiyasının tərtib etdiyi Çin Xalq Respublikasının ən yaşlı sakinləri siyahısında birinci olub.

Nəvəsinin sözlərinə görə, Əlimixan Seyçi ölənə qədər sadə həyat tərzi keçirib, mahnı oxumağı sevib və həmişə şən olub.
 

DİGƏR XƏBƏRLƏR

Top