Yunanıstan Türkiyə ilə sərhəddə təhlükəsizliyini artırır


Yunanıstan hökuməti miqrant təzyiqinə qarşı Türkiyə ilə sərhəd hasarını 26 km genişləndirəcəyini bildirib.

Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın Mülki Müdafiə naziri Takis Teodorikakos məlumat verib. O bildirib ki, Yunanıstan sərhədini qoruyaraq qeyri-qanuni miqrant axınının qarşısını alacaq.

O həmçinin qeyd edib ki, Yunanıstan hökuməti sərhəddəki hərbçilərin sayını da artırmağa qərar verib.
 

DİGƏR XƏBƏRLƏR

Top