İran xüsusi təyinatlıları Gülüstan vilayətinə yeridilib - VİDEO


İranın Azadşəhr şəhərində ölkənin dini lideri Xameneinin bu şəhərdəki nümayəndəsi Nurmofidinin müdaxiləsi ilə sünnilərinin imam cüməsi Mouləvi Gərgic vəzifəsindən uzaqlaşdırılıb.

Yeniavaz.com xəbər verir ki, Mouləvi Gərgic cümə namazının başlamasına saatlar qalmış vəzifəsindən kənarlaşdırılıb.

Onun yerinə yerinə Xamenei tərəfdarı olan ruhani təyin edilib.

Azadşəhr əhalisi onun kənarlaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları başladıb. Hazırda İranın xüsusi təyinatlı qüvvələri Azadşəhrin də olduğu Gülüstan vilayətinin müxtəlif şəhərlərinə yeridilib. “Azad İran” “Telegram” kanalında hadisə yerindən videogörüntülər paylaşılıb.

Həmin kadrları sizə təqdim edirik.

 

DİGƏR XƏBƏRLƏR

Top