Avropanın səkkiz ölkəsi Rusiyanın NATO təklifini qəbul etməyib


Skandinaviya və Baltikyanı ölkələrin müdafiə nazirləri arasında videokonfrans formatında görüş baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Verilən məlumata görə, Şimal və Baltikyanı ölkələrin müdafiə nazirlərinin görüşündə Finlandiya, Estoniya, İsveç, Danimarka, Norveç, Latviya, Litva və İslandiyanın hərbi idarələrinin rəhbərləri iştirak edib. Görüş zamanı Qərb dövlətləri heç bir halda Rusiyanın Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri ilə razılaşmayacaqlarını bildiriblər.
Rəhbərlər həmçinin qeyd edib ki, Avropa üçün ən böyük hərbi təhlükə Rusiyadır.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Layihə doqquz maddədən ibarətdir və orada NATO-nun genişlənməkdən, o cümlədən Ukraynanın alyansa qoşulmağından, Şərqi Avropa, Qafqazda və Mərkəzi Asiya ərazisində hərbi fəaliyyətlər həyata keçirməkdən, eləcə də yerlərdə orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsindən imtina etməsi qeyd olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top