ABŞ “Taliban”a tələb irəli sürdü


ABŞ hakimiyyəti Əfqanıstan sakinlərinə humanitar yardım göstərmək qarşılığında tələb irəli sürüb.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məlumat yayıb. O bildirib ki, irəli sürülən tələbə əsasən ölkədə nəzarəti ələ keçirmiş “Taliban hərəkatı” öz öhdəliklərini, o cümlədən terrorizmlə mübarizəni yerinə yetirməlidir:

“Biz Əfqanıstanı dəstəkləyirik. Birləşmiş Ştatlar Əfqanıstan üçün ən böyük ianəçidir. Son bir neçə ayda biz BMT və qeyri-hökumət təşkilatları vasitəsilə Əfqanıstanda humanitar ehtiyaclar üçün yarım milyard dollardan çox vəsait ayırmışıq”.
 

DİGƏR XƏBƏRLƏR

Top