Bakıda polkovnik avtomobili “Kalaşnikov”la atəşə tutdu - FOTO

Bakıda avtomat silahdan avtomobilə atəş açılıb.

Yeniavaz.com oxu.az-a istinadən bildirir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, keçmiş polis rəisi, təqaüddə olan polis polkovniki Rza Hacıyev tanışı, Bakı şəhər sakini Şirzad Quliyevin sürdüyü “Lexus” markalı avtomobilə əlindəki “Kalaşnikov” avtomatı ilə dəfələrlə atəş açıb. Nəticədə xəsarət alan olmasa da, avtomobil güllələrlə deşilib. R.Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top