“Azərreyl”in yeni prezidenti dəqiqləşib


“Azərreyl” voleybol klubunun yeni prezidentinin adı bəlli olub.

“Dəmiryolçular”a rəhbərlik Dağıstan Hüseynova həvalə edilib.

O, “Azərreyl”də Fərid Xəlilovun istefasından sonra boş qalan prezident postunu tutacaq. 38 yaşlı Hüseynovun təyinatı bugünlərdə rəsmiləşəcək. Funksioner bunadək “Murov”da eyni funksiyanı yerinə yetirirdi. Onun yerinə isə Əbülfəz Hüseynovun təyinatı gözlənilir.

Qeyd edək ki, “Azərreyl”in sabiq prezidenti Fərid Xəlilov işini Azərbaycan Voleybol Federasiyasında baş katib kimi davam etdirir. / Apasport.az
“Azərreyl”in yeni prezidenti dəqiqləşib

DİGƏR XƏBƏRLƏR

Top