MOK-un İcraiyyə Komitəsində üzv sayı azaldılıb: Kimlər əvəzləndi? - ARAŞDIRMA


Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) üzvlərinin sayı azalıb.

Yeniavaz.com oxu.az-a istinadən xəbər veerir ki, MOK-un onlayn formatda baş tutmuş VIII Hesabat-Seçki Baş Məclisindəki seçkidən sonra say 17 nəfərdən 12 nəfərə endirilib.Belə ki, MOK İK-nın hazırkı üzvləri bunlardır: İlham Əliyev (MOK-un prezidenti), Çingiz Hüseynzadə (MOK-un vitse-prezidenti, Atletika Federasiyasının prezidenti), Fərid Qayıbov (gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti), Azər Əliyev (MOK-un baş katibi), Zemfira Meftahətdinova (stend atıcılığı üzrə Olimpiya çempionu, MOK-un və Atıcılıq Federasiyasının vitse-prezidenti), Nazim Hüseynov (fərdi üzv, cüdo üzrə Olimpiya çempionu), Namiq Abdullayev (sərbəst güləş üzrə Olimpiya çempionu, sərbəst güləş millimizin baş məşqçisi), Fərid Mansurov (yunan-Roma güləşi üzrə Olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru), Faiq Qarayev (Əməkdar məşqçi, Voleybol Federasiyasının vitse-prezidenti), Könül Nurullayeva (millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü), Mariana Vasilyeva (gənclər və idman nazirinin müavini, bədii gimnastika millimizin baş məşqçisi) və Ramil Hacı (Naxçıvan Muxtar Respublikasının (MR) gənclər və idman naziri).

2016-cı ildə MOK İK-ya seçilmişlərdən mərhum nazir Azad Rəhimovu Fərid Qayıbov əvəzləyib. Ağacan Abiyev MOK-un baş katibi vəzifəsindən çıxarıldığı üçün Azər Əliyevlə, İsmayıl İsmayılov nazir müavini postundan kənarlaşdırıldığına görə Mariana Vasilyeva ilə, həmçinin Azad Cabbarov daha Naxçıvan MR-nın naziri olmadığı üçün Ramil Hacı ilə əvəzlənib.

Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi, general-mayor Natiq Əliyevin Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindəki rəhbər postundan çıxarılması və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq vitse-prezidenti Sadıq Sadıqovun Cüdo Federasiyasındakı vitse-prezident postunu itirməsini də üzvlükdən kənarlaşdırılma ilə əlaqələndirmək olar.

Digər yeni üzvlər isə MOK-a vitse-prezident təyin olunan Zemfira Meftahətdinova, Fərid Mansurov və Könül Nurullayevadır.

Qeyd edək ki, İK Baş Məclisin yığıncaqlararası dövrdə MOK-un işinə rəhbərlik edən orqandır. İK-nın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top