Emreli üçün 1 milyon avro təklif edilib


Macarıstanın “MOL Fehervar” klubunun Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli üçün klubuna 1 milyon avro təklif etdiyi iddia edilir.

Yeniavaz.com “SportoweFakty.wp.pl” saytına istinadən xəbər verir ki, iki klub arasında danışıqlar davam etdirilir.

“Legiya” rəhbərliyinin isə Emrelini komandada saxlamaq cəhdləri hələlik nəticə vermir. 24 yaşlı hücumçunun qış fasiləsində paytaxt klubunu tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, “Legiya” fanatları “Visla” klubuna 0:1 hesablı məğlubiyyətdən sonra “Legiya”nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, bu hadisədən sonra oyuna və məşqlərə çıxmır.
 

DİGƏR XƏBƏRLƏR

Top