Ələtdəki ağır qəzada xəsarət alanların adları açıqlandı - YENİLƏNİB

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

Yeniavaz.com xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən APA-ya veri məlumata görə, qəzada xəsarət alanların siyahısı belədir:1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,

2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,
3. 2010-cu il təvəllüdlü Əlili Əli,
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.


***23:55
Ələtdə minim avtomobili ilə avtobusu toqquşması nəticəsində çox sayda yaralılar var.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, bu saatadək qəza ilə əlaqədar 7 nəfər xəstəxanaya daxil olub. Daha iki nəfərindən Klinik Tibbi Mərkəzə gətiriləcəyi gözlənilir. İçərilərində azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var.

DİGƏR XƏBƏRLƏR

Top