İraqın Ərbil şəhərində sel fəlakəti nəticəsində 8 nəfər dünyasını dəyişib.
Yeniavaz.com “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, bu barədə Ərbil valisi məlumat verib. O bildirib ki, dünən gecə saatlarından etibarən yağan leysan yağışlar səbəbilə ölkənin bir çox bölgəsində daşqınlar baş verib.
Vali həmçinin bildirib ki, can itkisinin çox olmasına səbəb insanların yatarkən evlərini su basmasıdır.
Seldən ən çox zərər çəkən şəxs isə Ərbilin Kuştəpə qəsəbəsinin müdiri Star Ağa Ömərdir. Belə ki, onun 100 ev və 60 mağazasının tamamilə su altında qaldığını, 200 avtomobilin yararsız hala düşdüyü bildirilir.