Diktatorun həyat yoldaşı öldü, xalq bayram etdi – VİDEO

Çilidə diktator Auqusto Pinoçetin həyat yoldaşı Lusia Hiriartın vəfat etməsi səbəbilə xalq bayram etmək məqsədilə küçələrə axışıb.  
Yeniavaz.com
“Haber Türk”ə istinadla xəbər verir ki, 98 yaşında dünyasını dəyişən Hiriartın bir müddət əvvəl tənəffüs sistemi xəstəliklərindən müalicə aldığı məlum olub.
 Hiriartın oğlu Marko Antonionun sözlərinə görə, həyatının son illərini təcrid şəraitində keçirən Hiriartın Santyaqodakı evində dünyasını dəyişib.
Qeyd edək ki, 1973-cü il sentyabrın 11-də Çilidə sosialist prezident Salvador Allendeni devirən general Pinoçet rəhbərliyi ələ keçirmişdi. Pinoçetin 17 illik diktaturası dövründə təxminən 3000 mülki şəxsin öldürüldüyü və ya itkin düşdüyü, on minlərlə insanın işgəncələrə məruz qaldığı və 200 min insanın sürgündə yaşadığı təxmin edilir. O, 2006-cı ildə 91 yaşında vəfat edib.

 

DİGƏR XƏBƏRLƏR

Top